ABŞ hökuməti yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya 31 Abrams tankı göndərmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden rəsmi müraciəti zamanı bildirib.
Amerika liderinin sözlərinə görə, bu addımı ona Pentaqonun rəhbəri Lloyd Ostin tövsiyə edib, çünki tankların tədarükü Ukraynanın öz ərazisini müdafiə etmək və strateji məqsədlərinə çatmaq qabiliyyətini artıracaq.
O, həmçinin Almaniyanın Silahlı Qüvvələrini "Leopard 2" ilə təmin edəcək birgə işə görə təşəkkür edib. Amerikalılar həmçinin Ukraynaya 8 "M88" zirehli bərpa maşını göndərəcək.