Ukrayna prezidenti Volodimir Zelenski və NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü Kiyevə tank və digər silahların tədarükü məsələsini müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Zelenskinin Telegram kanalında bildirilib.
“Biz NATO-nun baş katibi Yens Stoltenberq ilə Ukraynaya dəstək üçün tərəfdaşların daha da konsolidasiyası, xüsusən də tank koalisiyasının genişləndirilməsi, prinsipcə yeni silah növlərinin açılması məsələlərini müzakirə etdik” - məlumatda deyilir.