İranın Əlborz əyalətində magistralın bir hissəsinin çökməsi nəticəsində azı 12 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mehr agentliyi İranın Qızıl Aypara Cəmiyyətinin Əlborzdakı nümayəndəliyinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hadisə çərşənbə axşamı axşam saatlarında baş verib, zərərçəkənlərə yardım göstərmək üçün xilasedici qruplar operativ şəkildə hadisə yerinə göndərilib. Hadisə nəticəsində ölən olmayıb.
Hadisənin səbəbləri açıqlanmayıb.