Sunak Almaniyanın tanklarla bağlı qərarını alqışladı

15:48 - 25 Yanvar 2023 - DÜNYA

Böyük Britaniyanın baş naziri Rişi Sunak Almaniya hökumətinin Ukraynaya "Leopard 2" əsas döyüş tankları ilə təmin edilməsi qərarını alqışlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.

"NATO müttəfiqləri və dostlarının Ukraynaya əsas döyüş tankları göndərmək barədə düzgün qərarı Ukraynanın müdafiə gücünü gücləndirəcək. Biz birlikdə Ukraynanın müharibədə qalib gəlməsini və və sülh əldə edilməsi üçün səylərimizi sürətləndiririk " - Sunak deyib.

Xəbər xətti