Bu gün Türkiyə Təhlükəsizlik Şurasını iclası keçiriləcək

11:29 - 25 Yanvar 2023 - DÜNYA

Bu gün Ankarada Milli Təhlükəsizlik Şurasının 2023-cü ildə ilk iclası keçiriləcək və bu iclasda xüsusilə “taxıl dəhlizi”nin işi və Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçilik təşəbbüsləri müzakirə olunacaq.

Ucnoqta.az Türkiyə prezident administrasiyasına istinadən xəbər verir ki, prezident sarayında keçiriləcək toplantıya prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

Rusiya-Ukrayna müharibəsinin də müzakirə olunacağı görüşdə “taxıl dəhlizi, Türkiyənin sülh üçün səyləri, vasitəçilik və yardım, humanitar yardım və daimi atəşkəsə nail olmaq” mövzularının müzakirə ediləcəyi gözlənilir”, - deyə məlumatda bildirilir.

Gündəliyə həmçinin antiterror əməliyyatlarının aparılması, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətləri ilə bağlı mövcud vəziyyət, Yunanıstanın silahlandırılması və s. ilə bağlı məsələlərə baxılması daxildir.

Emin

Xəbər xətti