Türkiyə Ankaraya qarşı təxribat xarakterli hərəkətlərə görə beş-altı ay sonra NATO-dan çıxa bilər.
Ucnoqta.az xəbər verir ki, bu fikirləri çərşənbə günü Türkiyənin Ana Vətən Partiyasının sədr müavini Ethem Sancak deyib.
"Hadisələr bizi belə addımlar atmağa vadar edir. NATO öz təxribatları ilə bizi buna məcbur edir. Onlar bizi qonşumuz Yunanıstana qarşıdurmağa çalışırlar. Türkiyə 5-6 aya NATO-dan çıxacaq. Bizi öz təxribatlarına sürükləməyə çalışırlar. Nəhayət, İsveç və Hollandiyada Qurana qarşı hərəkətləri görürsünüz”, - deyə o bildirib.
Sancakın sözlərinə görə, son sorğular Türkiyə əhalisinin ən azı 80%-nin respublikaya qarşı “ABŞ-ın ən düşmən və dağıdıcı siyasət aparan ölkə olduğuna” əmin olduğunu göstərib.
Sancak Türkiyə və Suriya rəhbərliyinin ABŞ-ı Suriya ərazisini tərk etməyə məcbur etmək üçün danışıqlar masası arxasına əyləşəcəyinə əminliyini ifadə edib:
"Əsəd və qonşu dövlətlərin liderləri ilə oturub sülh sazişi imzalayacağıq. Terror təşkilatlarını və ABŞ-ı dərhal Suriyadan çıxarmalıyıq. Suriyalılar və türklər qardaş xalqlardır. Biz qaçqınların öz ölkələrinə təhlükəsiz qayıtmasını təmin etməliyik. Düşünmürəm ki, Əsəd onların qayıtmasına qarşı olacaq. Biz birlikdə Suriyanı yenidən qura bilərik”.
Emin