Almaniya kansleri Olaf Şolz aylarla davam edən müzakirələrdən sonra Ukraynaya "Leopard 2" döyüş tankları tədarük etmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Der Spiegel məlumat yayıb.
Qəzetin yazdığına görə, digər müttəfiqlər, o cümlədən Skandinaviya ölkələri də "Leopard 2" döyüş tanklarını Kiyevə göndərmək istəyirlər. Almaniya hökuməti, Spiegelin qeyd etdiyi kimi, Kiyevə məxsus bu növ texnikanın ixracına icazə verməyi planlaşdırır.
Emin