İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı danışıqlar dayandırılıb

19:38 - 24 Yanvar 2023 - DÜNYA

İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı üçtərəfli danışıqlar Türkiyənin tələbi ilə qeyri-müəyyən müddətə dayandırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bu arada Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da İsveç və Finlandiya arasında Şimali Atlantika Alyansına qoşulmaq üçün Türkiyə ilə danışıqların bir neçə həftəlik dayandırılmasını təklif edib.

Xəbər xətti