Kənddə kişinin asılmış meyiti tapıldı

18:30 - 24 Yanvar 2023 - HADİSƏ

Cəlilabad rayonunda intihar baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Soyuqbulaq kəndində qeydə alınıb.

Kənd sakini, 31 yaşlı Elxas Orduxan oğlu Əmirov yaşadığı evin həyətində özünü asıb.

Onun asılmış meyitini yaxınları aşkar edib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Xəbər xətti