Türkiyənin Ağrı vilayətində hərbçiləri daşıyan avtomobil aşıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, hərbçilər Türkiyə-İran sərhədində təhlükəsizlik divarının olduğu yolda axtarış əməliyyatı həyata keçirərkən qəzaya düşüb.
Qəza zamanı yaralanan iki hərbçi xəstəxanaya çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb. Avtomobilin qəzaya düşməsinə səbəb yolun buz bağlaması olub.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Tarix
24 Yanvar 2023 [17:57]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin