Prokuror anasını qətlə yetirməkdə təqsirləndirilən gəncə cəza istəyib

Prokuror Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən 2007-ci il təvəllüdlü İ.Məmmədzadənin 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edib.

Prokuror bildirib ki, zərərçəkmiş şəxsin hüquqi varisi yəni təqsirləndirilən şəxsin nənəsi onunla ilə barışıb, heç bir şikayət və tələbi yoxdur.

Həmçinin hakim deyib ki, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə məktub göndərib. Qeyd edib ki, İ.Məmmədzadə ilə onun qanuni nümayəndəsi olan atası barışıb, ona qarşı şikayəti yoxdur.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İ.Məmmədzadə ilə mübahisə edib.

Nəticədə oğul anasını qətlə yetirib.

İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.///report

Tarix
24 Yanvar 2023 [15:34]
Müəllif
Üç nöqtə
2023-01-24 15:34:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin