Bakıda stadionun qarşısında qəza olub, yollarda sıxlıq yaranıb.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Heydər Əliyev prospekti, "ASK Arena"nın qarşısında mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu səbəbdən qeyd olunan istiqamətdə sıxlıq müşahidə olunur.