Vaşinqton İranın Çinə neft ixracından narahatdır və tədarükün davam etməməsi üçün Pekinə təzyiqi artıracaq.
Ucnoqta.az xəbər verir ki, bunu bazar ertəsi axşam ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli Bloomberg agentliyinə müsahibəsində deyib.
"ABŞ İran neftinin ixracını dayandırmaq və digər ölkələrin nefti almaqdan çəkindirmək üçün lazımi addımları atacaq. Biz İrana qarşı sanksiyalarımızı, o cümlədən neft ticarətinə məhdudiyyətləri yumşaltmamışıq. ABŞ diqqətini Çinə yönəldib və bu, tamamilə düzgün qərardır" - Malley deyib.
Emin