Kaliforniyada atışma nəticəsində 7 nəfər ölüb

08:40 - 24 Yanvar 2023 - DÜNYA

Kaliforniyanın Half Moon Bay şəhərində baş verən iki atışma nəticəsində azı 7 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi NBC telekanalının yerli bölməsi məlumat yayıb.

Onun mənbələrinə görə, həlak olanlar çinli fermerlərdir. Polis 67 yaşlı şübhəli şəxsi həbs edib.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.

Xəbər xətti