Əlcəzairdə hərbi helikopter qəzaya uğrayıb - 3 nəfər ölüb

23:30 - 23 Yanvar 2023 - DÜNYA

Əlcəzairdə hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Ucnoqta.az xarixi mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bazar ertəsi Əlcəzairin şimalında silahlı qüvvələrə məxsus Mi-171 helikopterinin qəzaya uğraması nəticəsində biri polkovnik də daxil olmaqla üç əsgər həlak olub.

Əlcəzairin Mətbuat Xidməti xəbər agentliyinin verdiyi məlumata görə, insident Ayn Defla əyalətinin El Attaf bölgəsində baş verib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Xəbər xətti