Mexiko metrosunun tüstülənməsi nəticəsində azı 20 nəfər xəsarət alıb

23:00 - 23 Yanvar 2023 - DÜNYA

Bazar ertəsi Meksika paytaxtının yeddinci metro xəttində yerləşən "Barranca del Muerto" stansiyasında tüstüdən zəhərlənmə əlamətləri ilə təxminən 20 nəfər həkimə müraciət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ictimai nəqliyyat sisteminin rəhbərliyi özünün “Twitter” səhifəsində məlumat yayıb.

Metronun rəhbərliyi hadisə ilə bağlı paytaxt prokurorluğuna məlumat verib. Xəttin bütün uzunluğu boyunca qatarların hərəkəti hələ də bərpa olunmayıb.

Bazar ertəsi baş verən hadisə, üçüncü xəttdə iki qatarın toqquşması nəticəsində 1 nəfərin öldüyü və 106 nəfərin yaralandığı yanvarın 7-dən bəri Mexiko şəhəri metrosunda ikinci böyük nasazlıq oldu. Bundan sonra paytaxtın meri Klaudiya Şeynbaum metronun mühafizəsinə 6 minə yaxın Milli Qvardiyanın döyüşçüsünü cəlb etmək qərarına gəlib.

Xəbər xətti