İsrail və ABŞ hərbçiləri birgə təlimlərə başlayıb

21:50 - 23 Yanvar 2023 - DÜNYA

İsrail və ABŞ hərbçiləri müxtəlif qoşun növləri, o cümlədən aviasiya və dəniz qüvvələrinin cəlb olunduğu genişmiqyaslı birgə təlimlərə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, "Juniper Oak 2023" adlanan manevrlər ABŞ Mərkəzi Komandanlığı ilə birgə həyata keçirilir. Təlimdə İsrail-Amerikanın birgə döyüş hazırlığı yoxlanılacaq və iki ordu arasında əməliyyat əlaqələri təkmilləşdiriləcək.

Həmçinin, İsrail və ABŞ hərbçiləri şərti düşmənin hədəflərinə zərbələr endirmək, mürəkkəb manevrlər həyata keçirmək, həmçinin vahid komanda mərkəzi ilə birgə əlaqəni məşq edəcəklər.

Emin

Xəbər xətti