Hollandiya Polşaya səkkiz F-35 qırıcısı göndərəcək

18:50 - 23 Yanvar 2023 - DÜNYA

Hollandiyaya məxsus səkkiz F-35 döyüş təyyarəsi NATO-nun iki fərqli missiyasında iştirak etmək üçün Polşaya göndəriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS Hollandiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, dörd qırıcı “fevral və mart aylarında Şərqi Avropa üzərində NATO hava məkanında patrulluq etmək üçün hazır olacaq”. Onlardan ikisi bir neçə dəqiqə ərzində müdaxilə edə bilmək üçün daim həyəcan vəziyyətində olacaq, digər ikisi isə ehtiyatda olacaq.

Xəbər xətti