Avropa İttifaqının xarici işlər nazirləri bazar ertəsi keçirilən görüşdə Ukraynaya 500 milyon avro həcmində hərbi yardımın yeni tranşının ayrılması barədə razılığa gəliblər
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Avropa diplomatiyasının rəhbəri Josep Borrell görüşdən əvvəl qeyd edib ki, Aİ ölkələrinin xarici işlər nazirləri arasında bu məsələdə konsensusun əldə olunacağını gözləyir.
Daha əvvəl Avropa mətbuatında Macarıstanın bu vəsaitin ayrılmasına mane olduğu barədə məlumat yayılmışdı.