Lavrov Cənubi Afrikaya getdi

08:30 - 23 Yanvar 2023 - DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasına işgüzar səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd olunur ki, rusiyalı nazirin təyyarəsi Pretoriya ətrafında yerləşən Waterkloof aviabazasına enib. Orada Lavrov cənubi afrikalı həmkarı Naledi Pandor və prezident Siril Ramafosa ilə görüşəcək.

Xəbər xətti