Makron fransız tanklarının Ukraynaya verilməsini istisna etmir

22:27 - 22 Yanvar 2023 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron yanvarın 22-də bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə fransız "Leclerc" tanklarının tədarükü ehtimalı istisna edilmir.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Parisdə Almaniya kansleri Olaf Şolzla görüşdən sonra mətbuat konfransı zamanı jurnalistlərin sualını cavablandıran Makron, "Leclerc tanklarına gəlincə, heç nə istisna edilmir" deyib.

Makron əlavə edib ki, tankların tədarükü Ukraynada münaqişənin kəskinləşməsinə gətirib çıxarmamalı və Fransanın müdafiə qabiliyyətinə xələl gətirməməlidir. Həmçinin, onun fikrincə, Ukrayna hərbçilərinin hazırlıq səviyyəsini də nəzərə almaq lazımdır.

Xəbər xətti