Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək

21:53 - 22 Yanvar 2023 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikada prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ərdoğan Bursa gəncləri ilə görüşündə deyib:

“İlk dəfə seçkilərdə iştirak edəcək gənclərimizin nümayəndələrini mayın 14-də keçiriləcək səsvermə zamanı düzgün seçim etməyə çağırıram”. 

Türkiyədə prezident seçkilərinin əvvəlcə iyunun 18-də keçirilməsi nəzərdə tutulurdu.

Xəbər xətti