Argentina və Braziliya bazar günündən etibarən Braziliya prezidenti Lula da Silvanın Buenos-Ayresə səfəri zamanı vahid valyutaya hazırlıq işlərinə başlandığını elan etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Nəşr qeyd edir ki, Braziliya valyutanın sur adlandırılmasını təklif edir. Digər Latın Amerikası ölkələri də layihəyə qoşulmağa dəvət olunacaq.
Argentina və Braziliya son bir neçə ildə vahid valyutanın yaradılmasını müzakirə etsə də, bu təşəbbüsə qarşı çıxan Braziliya Mərkəzi Bankının mövqeyinə görə danışıqlar baş tutmayıb. İndi hər iki dövlətə solçu siyasətçilər rəhbərlik etdiyi üçün layihə böyük dəstək alır.