Xocalıda yük avtomobili aşıb

14:05 - 22 Yanvar 2023 - HADİSƏ

Xocalı rayonunun Canaqçı kəndində yük avtomobili havanın qarlı və yerin buzlu olması səbəbindən sürüşərək aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, "Sirab" şirkətinə məxsus, Sumqayıt şəhər sakini Elnur Fərəcovun idarə etdiyi "İsizu" markalı yük avtomobili Xocalı rayon ərazisində idarəetməni itirərək aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Xocalı RPŞ-də araşdırma aparılır.

Xəbər xətti