Zaqatalada 15 otaqlı ev yanıb

17:14 - 21 Yanvar 2023 - HADİSƏ

Zaqatalada ikimərtəbəli 15 otaqdan ibarət ev yanıb.

Ucnoqta.az xəbər verir ki, rayonun Muğanlı kəndində kənd sakini İbrahim Həsən oğlu İbrahimova məxsus, ümumi sahəsi 480 kv.m olan ikimərtəbəli və 15 otaqdan ibarət fərdi yaşayış evi yanıb.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin ikinci mərtəbəsində olan 9 otağın yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Birinci mərtəbədəki 6 otaq və ev əşyaları yararsız hala düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Xəbər xətti