İçərisində sərnişinlərin olduğu hava şarı dağda ilişib qaldı

16:07 - 21 Yanvar 2023 - HADİSƏ

Soçinin Lazarevski rayonunun Soloxaul kəndində, aralarında uşaqların da olduğu altı sərnişinin olduğu şar dağda ağaca ilişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidməti məlumat yayıb.

Məlumata görə, Soloxaul kəndində, iki min metr hündürlükdə hava şarı dağda ağaca ilişib qalıb. Hazırda mütəxəssislər insanları xilas etmək üçün tədbirlər görür. Hazırda fövqəladə hallar xidməti hadisənin səbəblərini və şəraitini araşdırır.

Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə yerinə xilasedicilərlə birlikdə Ka-32 helikopterini göndərib.

Xəbər xətti