Azərbaycanda kişi yuxuladığı stulda faciəvi şəkildə öldü

14:57 - 21 Yanvar 2023 - HADİSƏ

Lənkəranda kişi faciəli şəkildə ölüb.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib. 72 yaşlı Abdullayev Səfərəli Əlican oğlu burada yerləşən köşkdə gecə saatlarında oturduğu stulda yuxuya gedib. Bu zaman oradakı spirallı qızdırıcı onun üzərinə aşıb. Nəticədə S.Abdullayevin ayaqları yanıb.

Ətrafda olanların köməyi ilə yaralı xəstəxanaya çatdırılıb. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti