Sumqayıtda arvadını bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

18:29 - 21 Yanvar 2023 - HADİSƏ

Bu gün saat 10 radələrində Sumqayıt şəhəri, Corat bağlarında yaşayan qadının bıçaq xəsarətləri alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbut xidmətindən Ucnoqta.az-a bildirilib ki araşdırmalarla cinayət əməlini törədən 1964-cü il təvəllüdlü Sevil Quliyevanın həyat yoldaşı 1963-cü təvəllüdlü Atlıxan Huseynxanov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən A.Hüseynxanov saxlanılıb.

Araşdırma aparılır.

14:14

Yanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan qadının bıçaq xəsarətləri alması barədə polisə məlumat daxil olub.


DİN-in mətbut xidmətindən verilən məlumata görə, araşdırmalarla cinayət əməlini törədən 1964-cü il təvəllüdlü Sevil Quliyevanın həyat yoldaşı 1963-cü təvəllüdlü Atlıxan Huseynxanov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Xəbər xətti