Yunanıstan parlamentinin deputatı Maria Spiraki Avropada dərman qıtlığını elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə RT Spirakinin Avropa Komissiyasına (AK) müraciətinə istinadən yazır.
Onun sözlərinə görə, bu vəziyyət “Çin və Hindistandan lazımi xammalın istehsalı və tədarükündə fasilələr və ya onların azalması” ilə bağlıdır. Deputat vurğulayıb ki, hazırkı vəziyyət regiona yeni qrip dalğasının “gözləniləndən tez” gəlməsi ilə mürəkkəbləşib.
"Əvvəllər ucuz olan dərman vasitələrinin qiymətlərinin artırılması qlobal qıtlıqla mübarizənin mümkün vasitəsi kimi nəzərdən keçirilir, bir şərtlə ki, belə bir tədbirin əsas yükü xəstələrin üzərinə düşməsin".
Spiraki Aİ-dən bu problemin həlli üçün təxirəsalınmaz tədbirlərin görülməsi üçün müraciət edib.