Paris turizm üçün dünyanın ən gəlirli şəhəri seçilib
Ucnoqta.az xəbər verir ki, Dünya Turizm və Səyahət Şurası (WTTC) turizm üçün dünyanın ən gəlirli şəhərinin adını açıqlayıb. Paris turizmin iqtisadiyyata verdiyi töhfəyə görə dünya reytinqində birinci yerdədir.
Araşdırmaya görə, Fransa paytaxtının 2022-ci ildə turizm vasitəsilə iqtisadiyyata verdiyi töhfə təxminən 36 milyard dollar təşkil edib. Pekin 33 milyard dollarla ikinci, Orlando isə 31 milyard dollarla üçüncü olub.