Qaz xətti keçən ərazini yandıran şəxs saxlanıldı

20:47 - 20 Yanvar 2023 - HADİSƏ

Bu gün sosial şəbəkələrdə bir nəfərin qaz xətti keçən kolluq ərazini qəsdən yandırmasını əks etdirən görüntülər paylaşılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Araşdırmalarla görüntüdə əks olunan hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlərlə qaz xətti keçən kolluq ərazini yandıranın rayonun Şahhüseynli kənd sakini, 23 yaşlı Emil Rəşidov olduğu müəyyən edilərək saxlanılıb.

Hazırda araşdırmalar aparılır.

Xəbər xətti