Avtomobillərdən pul oğurlayan iki nəfər saxlanılıb

18:35 - 20 Yanvar 2023 - HADİSƏ

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xətai rayonu ərazisində avtomobillərdən müxtəlif üsul və vasitələrlə pul oğurlayan iki nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumta görə, yanvarın 19-da “Toyota” markalı avtomobildən 15 min manat məbləğində pulun oğurlanması, digər eyni markalı avtomlobildən isə oğurluğa cəhd olunması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş - Rəxşan Məmmədov və Rəşid Məlikov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı 37-ci Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti