Braziliya 2022-ci ildə 10 min kvadratmetrdən çox kəsilən Amazon meşələrinin sahəsinə görə rekord vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Telesur telekanalı Amazon İnsan və Ətraf Mühit İnstitutunun məlumatlarına istinadən məlumat yayıb.
"Braziliya 2022-ci ildə meşələrin qırılması üzrə yeni rekord qıraraq 10 537 kvadrat kilometr meşə sahəsini itirib. Bunlar institutun məlumat toplamağa başladığı 2008-ci ildən bəri ən yüksək rəqəmlərdir", - hesabatda deyilir.
Son dörd ildə ölkə 35 min kvadratmetrdən çox meşə ərazisini itirib.