Keçmiş məhkum fabrikdən 24 min manatlıq mühərrik yağı oğurladı

11:03 - 20 Yanvar 2023 - HADİSƏ

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən fabrikin anbarından 24 min manat dəyərində mühərrik yağının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən orada satıcı işləyən Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Mahir Səfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti