Bakıda ayaqqabı sexi yanıb

23:17 - 19 Yanvar 2023 - HADİSƏ

Suraxanı rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m², qeyri-yaşayış) olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində fəaliyyət göstərən ayaqqabı istehsalı sexində dəzgahın havalandırma qurğusu, elektrik lövhəsi, 2 ədəd qoruyucu açar və 5 p.m kabel yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Sexin qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti