Argentinanın Çako əyalətində Cessna-206 yüngül mühərrikli təyyarəni qaçıran beş cinayətkar ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli “Diario Norte” qəzeti yazır.
Qeyd olunur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində də şübhəli bilinən cinayətkarlar yanacaq çənini açmağı unudublar. Bu səbəbdən təyyarə aeroport yaxınlığında qəzaya uğrayıb.
Nəşrin məlumatına görə, təyyarə Villa Angela şəhərinin aeroklubundan oğurlanıb və yerli fermerə məxsus olub. Təyyarə uçuş-enmə zolağından yeddi kilometr aralıda baş verib. "Əgər o, şəhərdə düşsəydi, bu, faciə olardı" - işi araşdıran prokuror deyib.
Hazırda hadisə yerində müstəntiqlər işləyir.
Emin