Rusiyalı rejissor vəfat edib

13:06 - 19 Yanvar 2023 - DÜNYA

Rusiya Federasiyasının xalq artisti, rejissor və ssenarist Nikolay Dostal 77 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının rəhbərliyindən məlumat verilib.

“Nikolay Nikolayeviç çərşənbə günü saat 18:10-da dünyasını dəyişib, bu barədə bizə qardaşı məlumat verib”, - mənbə bildirib.

Ölümün səbəbi hələlik məlum deyil, vida yeri və tarixi məsələsi həll edilir.

Xəbər xətti