Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ukraynaya gedir.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində məlumat yayıb.
"Mən Kiyevə gedirəm və bu gün prezident Vladimir Zelenski, baş nazir və deputatlarla görüşəcəyəm", - Mişel yazıb.
Onun sözlərinə görə, Ukrayna öz suverenliyi və müstəqilliyi uğrunda mübarizəni davam etdirir və bu həm də ümumi Avropa dəyərləri, Avropada sülh və təhlükəsizlik uğrunda mübarizədir.
“Onların bizim dəstəyimizə ehtiyacı var və buna layiqdirlər”, - o vurğulayıb.
Emin
On my way to #Kyiv.
Ukrainians are fighting for their land, for the future of their children.
But they are also fighting for our common European values of peace and prosperity.
They need and deserve our support. pic.twitter.com/ewLY4E9udX — Charles Michel (@CharlesMichel) January 19, 2023