Gəncədə 37 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

10:24 - 19 Yanvar 2023 - HADİSƏ

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə şəhər sakini 1986-cı il təvəllüdlü Sərxan Orucov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti