İranın şimal-qərbində 5,4 bal gücündə zəlzələ baş verib, azı 120 nəfər xəsarət alıb.
Ucnoqta.az bu barədə “Sinxua” agentliyinə istinadən xəbər verir.
İranın Yardım və Xilasetmə Təşkilatının əməliyyatlar üzrə rəis müavini Morteza Moradipur bildirib ki, zəlzələ yerli vaxtla saat 13:38-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhəri yaxınlığında 12 kilometr dərinlikdə baş verib.
O vurğulayıb ki, bu zəlzələ 3,6 bal gücündə foreşokdan sonra baş verib.
Bölgəyə zərərin qiymətləndirilməsi qrupları və xilasedicilər göndərilib.