Qubada yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

18:38 - 18 Yanvar 2023 - HADİSƏ

Qubada 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Report" xəbər verir ki, hadisə rayonun Zərdabi qəsəbəsində baş verib.


Belə ki, 1936-cı il təvəllüdlü Gülbaba Əzizov yaşadığı evdə istilik sobasının üstünə yıxılıb, nəticədə yanıq xəsarətləri alaraq ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti