Mehdiabadda qadın özünü 4-cü mərtəbədən atdı

18:07 - 18 Yanvar 2023 - HADİSƏ

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi”ndə qeydə alınıb.

Hələlik kimliyi məlum olmayan orta yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.

Ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Xəbər xətti