Krım körpüsündə avtomobillərin və avtobusların hərəkəti təmir-bərpa işləri ilə əlaqədar yanvarın 20-də Moskva vaxtı ilə saat 13:00-dan Moskva vaxtı ilə saat 18:00-dək müvəqqəti olaraq bağlanacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin rəsmi Telegram-kanalında deyilir.
“Yanvarın 20-də saat 12:00-dan etibarən Krım körpüsünə avtoyanmalarda körpünün yol hissəsinin təmir-bərpa işləri ilə əlqaədar nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək”, - məlumatda deyilir.
Rosavtodor aydınlaşdırıb ki, Krım körpüsündə hərəkətin məhdudlaşdırılması yol hissəsinin sol tərəfində dördüncü zədələnmiş aşırımın sökülməsi ilə bağlıdır.