İranın şimalında 4,5 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 255 min nəfər əhalisi olan Sari şəhərindən 11 km şimal-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.