Qırğızıstan Türkiyədən "Anka" PUA-nı alır

15:27 - 17 Yanvar 2023 - DÜNYA

Qırğızıstan Türkiyənin “Anka” modifikasiyalı pilotsuz uçuş aparatlarını alıb.

Ucnoqta.az xəbər verir ki. bu barədə Qırğızıstan dövlət başçısı administrasiyasının informasiya siyasəti şöbəsinin rəhbəri Dayirbek Orunbekov bildirib.

Qeyd edək ki, bundan əvvəl Qırğızıstan hakimiyyəti Türkiyədən “Bayraktar”, “Aksunqur” və “Akindzhi” pilotsuz təyyarələrinin modellərinin alınması barədə məlumat yayıb. Onların hamısı Respublika Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinə təhvil verilib.

"Anka" PUA-nın qanadlarının uzunluğu 17,5 metr, uzunluğu 8,6 metr və hündürlüyü 3,2 metrdir. Qurğunun çəkisi 1,7 tondur, dron 350 kq yük daşıya bilir və onunla birlikdə 30 saata qədər havada qala bilir. Anka kruiz sürəti saatda təxminən 200 kilometrdir, yer səviyyəsindən 9,1 min metr yüksəklikdə yerləşməyə qadirdir.

Emin

Xəbər xətti