Prezident Vladimir Zelenski Böyük Britaniyaya hərbi yardım paketinə görə təşəkkür edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Zelenski “Twitter” səhifəsində yazıb.
“Tanklar, zirehli transportyorlar və artilleriya Ukraynanın ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan şeylərdir”, - yazıda deyilir.
O, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, müdafiə naziri Ben Uollasa, Britaniya xalqına “tiraniya üzərində ümumi qələbəyə güclü töhfələrinə görə” təşəkkür edib.
Ruhəngiz