Böyük Britaniya hökuməti Rusiyanın bu ölkəyə təcavüzü fonunda Ukraynaya ən böyük hərbi yardım paketini təhvil verəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles İcmalar Palatasında bildirib.
Ukrayna Böyük Britaniyadan aşağıdakıları alacaq:
"Challenger 2" tanklarının eskadronu, 8 "AS90" silahı, onlarla dron, 100 min artilleriya mərmisi, 100 qabaqcıl raket, Ukrayna tanklarına və zirehli maşınlarına texniki qulluq üçün ehtiyat hissələri.
Müdafiə naziri Uollesin sözlərinə görə, bu, Böyük Britaniyadan Ukraynaya verilən ən böyük hərbi yardım paketidir.