Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında danışıqların tarixi dəyişdirilib.
Ucnoqta.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Tərəflərin qarşılıqlı razılığı ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında əvvəllər yanvarın 17-nə planlaşdırılan danışıqlar daha sonrakı tarixə təxirə salınıb”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Emin