Kiyev bu vaxta qədər qərbdən 4 mindən çox silah və hərbi texnika alıb

13:31 - 16 Yanvar 2023 - DÜNYA

Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatlardan indiyədək ABŞ və müttəfiqləri Kiyevə 4000-dən çox silah və hərbi texnika göndərib.

Ucnoqta.az xəbər verir ki bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Hesabatda deyilir ki, Ukraynanın müttəfiqləri Kiyevə Rusiyaya qarşı mübarizədə kömək etmək üçün artıq 4000-dən çox zirehli texnika, artilleriya qurğuları, təyyarələr və digər silah sistemləri təqdim ediblər.

Kiyevə 300 piyada döyüş maşını, ən azı 1,1 min zirehli transportyor, 210 ABŞ istehsalı M777 artilleriya sistemi, 400-dən çox özüyeriyən qurğu və 410 tank alıb və yaxın həftələrdə Böyük Britaniya da 14 "Challenger 2" tankı təhvil verəcək. 

Emin

Xəbər xətti