MAQATE Ukraynadakı missiyasını genişləndirir

12:29 - 16 Yanvar 2023 - DÜNYA

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynadakı missiyasını genişləndirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi “Twitter” səhifəsində yazıb.

“MAQATE Ukraynada mövcud münaqişə zamanı nüvə qəzasının qarşısını almaq üçün öz iştirakını genişləndirir. Mən Ukraynada bu missiyaya rəhbərlik etməkdən qürur duyuram, burada biz nüvə təhlükəsizliyini təmin etmək üçün ölkədəki bütün atom elektrik stansiyalarında işi genişləndiririk”, - o yazıb.

MAQATE-nin baş direktoru Rafael Mariano Qrossinin ölkədəki bütün nüvə enerji obyektlərində nüvə və nüvə təhlükəsizliyi üzrə mütəxəssislərin daimi olmasını təmin etmək üçün bu həftə Ukraynaya səfəri gözlənilir.

Ümumilikdə MAQATE-nin Ukraynada daimi olaraq 11-12 eksperti olacaq.

Ruhəngiz

Xəbər xətti